Azərbaycan və Latviya çirkli pulların yuyulması ilə mübarizəyə dair anlaşma memorandumunu müzakirə edib

Azərbaycan və Latviya çirkli pulların yuyulması ilə mübarizəyə dair anlaşma memorandumunu müzakirə edib Baş prokuror Kamran Əliyevin dəvəti ilə Latviya Respublikasının Baş prokuroru Yuris Stukansın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. İlk öncə nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqi
Xarici siyasət
12 iyun 2024 13:48
Azərbaycan və Latviya çirkli pulların yuyulması ilə mübarizəyə dair anlaşma memorandumunu müzakirə edib

Azərbaycan Latviya ilə korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və digər sahələrdə törədilmiş cinayət işləri üzrə hüquqi yardım və aktivlərin bərpası haqqında sorğuların icrası, həmçinin qurumlararası əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaxın gələcəkdə Anlaşma Memorandumunun imzalanmasını müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin dəvəti ilə Latviyanın Baş prokuroru Yuris Stukansın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri zamanı məlumat verilib.

Bildirilib ki, tərəflər Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalar və təşkilatlar, o cümlədən Avrocast və Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsində cinayətkarlığa qarşı mübarizədə hüquq mühafizə orqanları arasında əməkdaşlığın müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi