Yuxarı

​Latviyanın Azərbaycandakı səfirliyində kadr dəyişiklikləri olub

Səfirliyin yeni konsulu təyin edilib

Bakı. 7 avqust. REPORT.AZ/ Latviyanın Azərbaycandakı səfirliyinə yeni konsul təyin edilib.

Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yeva Mayorenin "Report"a verdiyi məlumata görə, yeni konsul vəzifəsinə Maris Buçka təyin olunub. O, bu vəzifədə

Vita Freimaneni əvəz edəcək.

Bundan əlavə,  səfirliyin üçüncü katibi Skaydrite Zarane də öz diplomatik missiyasını başa vurub.

Qeyd edək ki, sentyabrda Azərbaycana Latviyanın yeni səfiri Yuris Maklakovs da gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi