Yuxarı
    Bağlamaq

    Latviya XİN başçısı: "Azərbaycan Aİ-yə qoşulmaq istəmir və biz bu qərara hörmətlə yanaşırıq"

    Edqars Rinkeviçs: Hər kəsin xalqların və hökumətlərin qərarlarına hörmət etməli olduğuna inanırıq© Flickr/ Reinis Inkēns, Saeimas Kanceleja

    Bakı. 4 oktyabr. REPORT.AZ/ "Azərbaycan Avropa İttifaqına (Aİ) qoşulmaq istəmir və biz bu qərara hörmətlə yanaşırıq".

    "Report" xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs "European Western Balkans"a müsahibəsində "Şərq Tərəfdaşlığı" proqramı ölkələrinin Avrointeqrasiya proseslərini şərh edərkən deyib.

    "Üç ölkə - Ukrayna, Moldova və Gürcüstan Aİ-yə üzv olmaq istəyir. Eyni zamanda, Aİ-yə qoşulmaq istəməyən Belarus, Ermənistan və Azərbaycan da var. Biz bu qərarlara hörmət edirik. Hər kəsin xalqların və hökumətlərin qərarlarına hörmət etməli olduğuna inanırıq", - latviyalı diplomat vurğulayıb.

    Xatırladaq ki, Aİ-nin altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi