Yuxarı

Latviya Seyminin spikeri və Riqa meri Azərbaycana səfər edəcək

Bu ilin payızında Bakıda Azərbaycan-Latviya biznes forumu keçiriləcək

Bakı. 21 aprel. REPORT.AZ/ Bu ilin payızında Bakıda keçiriləcək Azərbaycan-Latviya biznes forumuna hazırlıq işləri gedir.

"Report"un məlumatına görə, bu barədə Azərbaycanın Latviyadakı yeni səfiri Cavanşir Axundov bu ölkənin xarici işlər naziri Edqars Rınkeviçs ilə keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycanla Latviya arasındakı əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı haqqında fikir mübadiləsi aparılıb.

XİN başçısı və səfir əməkdaşlığın inkişafı üçün qarşılıqlı səfərlərin vacibliyini qeyd ediblər.

Görüşdə, həmçinin Latviya Seyminin spikeri İnara Murnietse və Riqa meri Nil Uşakovun Azərbaycana səfərlərinə hazırlıq məsələləri müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi