Yuxarı

Latviya parlamentinin sədri Azərbaycana səfərə gələcək

İnara Murnietse Bakıda ölkə parlamentləri arasında əməkdaşlığın artırılması məsələsini müzakirə edəcək

Bakı. 27 sentyabr. REPORT.AZ/ Latviya Seyminin sədri İnara Murnietse oktyabrın 3-də Azərbaycana səfər edəcək.

Latviyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, parlamentin sədri Bakıda, o cümlədən Azərbaycan Milli Məclisində bir sıra rəsmi görüşlər keçirəcək.

Səfər zamanı İ.Murnietse ikitərəfli münasibətlərin inkişafı perspektivlərini, eləcə də ölkə parlamentləri arasında əməkdaşlığın artırılması məsələsini müzakirə edəcək.

Bundan əlavə, parlamentin sədri Latviya yugendstilinə (incəsənət və sənətkarlıq üslubu) həsr olunan və oktyabrın 4-də M.F.Axundov adına Milli Kitabxanada keçiriləcək sərginin açılışına qatılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi