Küveytin məşhur qəzetində Mehriban Əliyevanın doğum günü münasibətilə geniş məqalə dərc olunub

Küveytin məşhur qəzetində Mehriban Əliyevanın doğum günü münasibətilə geniş məqalə dərc olunub Məqaləni jurnalist Samira Frimeçen qələmə alıb
Xarici siyasət
26 Avqust , 2016 16:28
Küveytin məşhur qəzetində Mehriban Əliyevanın doğum günü münasibətilə geniş məqalə dərc olunub

Bakı. 26 avqust. REPORT.AZ/ Küveytin geniş oxucu kütləsinə malik “Əl-Nahar” qəzetinin 2016-cı il avqustun 26-da işıq üzü görən 2853-cü sayında və bu qəzetin elektron səhifəsində Azərbaycanın birinci xanımı, “Heydər Əliyev Fondu”nun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın doğum günü münasibətilə geniş məqalə dərc olunub.

Bu barədə "Report"a Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, jurnalist Samira Frimeçenin qələmə aldığı məqalədə Mehriban Əliyevanın həyatı, Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan, “Heydər Əliyev Fondu”nun ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, həmçinin Fondun prezidenti, Mehriban Əliyevanın milli-mənəvi irsimizin qorunub, saxlanmasında, eyni zamanda dünya səviyyəsində təbliğində rolu, Azərbaycanda və ölkə xaricində nəcib xeyriyyəçilik fəaliyyəti, elmə, təhsilə, səhiyyəyə, idmana və cəmiyyətin inkişafı üçün stimul yaradan digər mühüm sahələrə verdiyi önəm barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Küveyt Dövləti Nazirlər Kabineti yanında Qadın məsələləri Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah tərəfindən fəxri diplomla təltif edildiyi də xüsusilə vurğulanıb.

Son xəbərlər

Orphus sistemi