Küveytin Baş naziri Azərbaycan Prezidentini təbrik edib

Küveytin Baş naziri Azərbaycan Prezidentini təbrik edib Küveyt Dövlətinin Baş naziri Sabah Xalid əl-Həməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
1 İyun , 2022 16:34
Küveytin Baş naziri Azərbaycan Prezidentini təbrik edib
İlham Əliyev

Küveyt Dövlətinin Baş naziri Sabah Xalid əl-Həməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan sevinc hissi duyuram.

Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumu ifadə edir, Sizə uzun ömür, möhkəm cansağlığı, dost xalqınıza davamlı tərəqqi və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi