Kuba XİN Azərbaycanı təbrik edib

Xarici siyasət
  • 28 mart, 2025
  • 19:41
Kuba XİN Azərbaycanı təbrik edib

Kubanın Xarici İşlər Nazirliyi diplomatik münasibətlərinin qurulmasının 33-cü ildönümünü ilə bağlı Azərbaycanı təbrik edib.

“Report” xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin X səhifəsində yazılıb.

“Biz xalqlar arasında tarixi dostluq bağlarına əsaslanan siyasi, iqtisadi münasibətləri və bundan sonra da genişləndirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”, - paylaşımda bildirilib.