Bakı. 29 iyun. REPORT.AZ/ Kubanın Azərbaycandakı səfirliyi iyulun 3-dən sentyabrın əvvəlinədək bağlı olacaq.
Bu barədə "Report"a səfirlikdən məlumat verilib. Qeyd edilib ki, istirahət mövsümü ilə əlaqədar olaraq iyulun 3-dən etibarən Kubanın Azərbaycandakı səfirliyi bağlanacaq və sentyabrın əvvəlindən yenidən açılacaq.
Məlumata görə, səfirliyin bağlı olacağı müddətdə hansısa viza rəsmiləşdirilməsi aparılmayacaq.