Kim Çen In: "Koreya ilə Azərbaycan arasında dostluq münasibətləri daha da genişlənəcək"

Kim Çen In: "Koreya ilə Azərbaycan arasında dostluq münasibətləri daha da genişlənəcək" Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Xarici siyasət
168
3 İyun , 2021 15:55
 Kim Çen In: Koreya ilə Azərbaycan arasında dostluq münasibətləri daha da genişlənəcək
Kim Çen In

Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Report"un məlumatına görə mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından Sizə, ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırıram.

Koreya və Azərbaycan xalqları müstəqillik, dostluq və qoşulmama ideallarını rəhbər tutaraq birlik və həmrəylik tellərini möhkəmləndiriblər.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, Koreya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri daha da genişlənəcək və inkişaf edəcək. Ölkənizin xalqına səmimi-qəlbdən əmin-amanlıq və firavanlıq arzu edirəm".

Son xəbərlər

Orphus sistemi