Yuxarı

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Türkiyəyə səfər edəcək

Tədbirin məqsədi parlament üzvlərinin fəaliyyətinin effektivliyini artırmaqdır

Bakı. 19 mart. REPORT.AZ/ Martın 25-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Seçkili orqanlar: fəaliyyətin şəffaflığı və cavabdehlik” mövzusuna həsr olunan seminarda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə yola düşəcək.

Bu barədə “Report”a MM-dən məlumat verilib.

AŞPA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin və Türkiyə Böyük Millət Məclisinin birgə təşkil etdiyi bu tədbirin məqsədi parlament üzvlərinin fəaliyyətinin effektivliyini artırmaqdır.

Tədbirdə parlamentarilərin davranış kodeksləri və siyasi partiyaların və seçki kampaniyalarının maliyyələşdirilməsi mövzularında fikir mübadiləsi aparılacaq.

İkinci mövzunun müzakirəsi zamanı seminara Əli Hüseynli sədrlik edəcək.

Səfər martın 28-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi