Komissar: "Aİ bölgənin yenidən qurulması üçün hər iki tərəfə yardım etməyə hazırdır"

Komissar: "Aİ bölgənin yenidən qurulması üçün hər iki tərəfə yardım etməyə hazırdır" "Biz Bakıda Dağlıq Qarabağ münaqişəsindən sonrakı planları müzakirə etdik. Aİ olaraq münaqişənin nəticələrinin aradan qaldırılması üçün dəstəyimizi təklif etdik".
Xarici siyasət
8 İyul , 2021 17:01
Komissar: Aİ bölgənin yenidən qurulması üçün hər iki tərəfə yardım etməyə hazırdır
Oliver Varhelyi

"Biz Bakıda Dağlıq Qarabağ münaqişəsindən sonrakı planları müzakirə etdik. Aİ olaraq münaqişənin nəticələrinin aradan qaldırılması üçün dəstəyimizi təklif etdik".

"Report" xəbər verir ki, bunu Bakıda bu gün keçirilmiş mətbuat konfransında Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi deyib.

"Biz hərbçilərin qaytarılmasında və xəritələrin təhvil verilməsində hər iki tərəfin iştirakını görürük. Bu işdə iqtisadi və ya başqa bir yolla yardım etmək üçün hazırıq. Aİ bölgənin yenidən qurulması üçün hər iki tərəfə yardım etməyə hazırdır", - o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi