Kişineuda beştərəfli qeyri-rəsmi görüş pozitiv keçib

Kişineuda beştərəfli qeyri-rəsmi görüş pozitiv keçib Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun qeyri
Xarici siyasət
1 İyun , 2023 22:14
Kişineuda beştərəfli qeyri-rəsmi görüş pozitiv keçib

Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun qeyri-rəsmi görüşü pozitiv müstəvidə keçib.

“Report”un xəbərinə görə, qərara alınıb ki, iyulun 21-də Brüsseldə üçtərəfli görüş keçirilsin və bu dövr ərzində də XİN başçılarının Vaşinqtonda növbəti görüşü keçirilsin. Vaşinqtonda əsas danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəsilə aparılan danışıqlar isə daha çox koordinasiya xarakteri daşıyır.

Fransa və Almaniya iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyıb.

Burada əsas müzakirələr Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılır.

Görüşlərdə əsasən bir daha sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi