Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq fəal şəkildə inkişaf edəcək.
“Report” xəbər verir ki, bu barədə Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov tviter hesabında yazıb.
“Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq iki ölkə arasında enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsinə istiqamət almaqla fəal şəkildə inkişaf edəcək”, - Baş nazir vurğulayıb.
“Bolqarıstan və Azərbaycan təbii qaz tədarükünün şaxələndirilməsi və Cənubi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyinin artırılması üçün mühüm tərəfdaşlardır”, - Kiril Petkov əlavə edib.