KİV: Aİ “Şərq Tərəfdaşlığı” ölkələri üçün vizasız rejimin ləğvi imkanlarını müzakirə edir

KİV: Aİ “Şərq Tərəfdaşlığı” ölkələri üçün vizasız rejimin ləğvi imkanlarını müzakirə edir Avropa İttifaqı (Aİ) ölkələri “Şərq Tərəfdaşlığı” ölkələrinin üzv olmaq istəkləri ilə bağlı hələ tam razılıq əldə etməyib və bu, artıq reallaşdırılan viza rejiminin liberallaşdırılmasından narahatdır.
Xarici siyasət
106
22 Aprel , 2020 12:06
KİV: Aİ “Şərq Tərəfdaşlığı” ölkələri üçün vizasız rejimin ləğvi imkanlarını müzakirə edir

Avropa İttifaqı (Aİ) ölkələri “Şərq Tərəfdaşlığı” ölkələrinin üzv olmaq istəkləri ilə bağlı hələ tam razılıq əldə etməyib və bu, artıq reallaşdırılan viza rejiminin liberallaşdırılmasından narahatdır.

“Report” xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun əldə etdiyi sənəddə deyilir.

Bu 7 səhifəlik sənədi Avropa Şurasını təmsil edən 27 Aİ ölkəsinin diplomatları müzakirə edirlər. Bu, bir növ ötən ay təqdim edilmiş və yaxın günlərdə təsdiqlənəcəyi gözlənilən “Şərq Tərəfdaşlığı” üzrə Avropa Komissiyasının kommünikesinə cavabdır.

Məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsi olan “Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb.

Müzakirə olunan sənəddə hələ də bəzi nəticələr mötərizədə əlavə edilmiş şəkildə verilib və bu da hələ mətnlə bağlı yekdillik əldə edilmədiyini göstərir.

Eyni zamanda, Şura üzvləri viza rejiminin liberallaşdırılmasının dayandırılması ehtimalı ilə tam razıdırlar. Hansısa təxirəsalmanın olacağı gözlənilməsə də, sənəddə üzv dövlətlərin “Şərq Tərəfdaşlığı” ölkələrinin vətəndaşlarından çox sayda əsassız sığınacaq müraciətlərinin alınmasının narahatlıq doğurduğu qeyd olunur.

Qeyd edək ki, bu günə qədər Aİ proqramın altı ölkəsindən üçü - Gürcüstan, Ukrayna və Moldova ilə vizasız rejim haqqında saziş imzalayıb.

Son xəbərlər

Orphus sistemi