Kəmaləddin Heydərov İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb

Kəmaləddin Heydərov İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb Tərəflər qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıb
Xarici siyasət
27 Noyabr , 2014 16:28
Kəmaləddin Heydərov İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report"un FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüş zamanı nazir K.Heydərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin qarşılıqlı rəsmi səfərləri çərçivəsində aparılan danışıqlar və müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanan sənədlər ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Nazir qeyd edib ki, FHN-nin nümayəndə heyətinin cari ilin mart ayında İrana səfəri zamanı sənaye və mədən işlərində təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə dair aparılan müzakirələr də olduqca faydalı olub.

İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə səmimi qəbula görə təşəkkürünü bildirib. O, iki ölkənin nazirlikləri arasında mədən sənayesi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyib

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi