Kayle Finis: Holland dili hökumətlə Boneyra xalqı arasında uçurumu genişləndirir

Kayle Finis: Holland dili hökumətlə Boneyra xalqı arasında uçurumu genişləndirir Boneyrada holland dili rəsmi dil olsa da, adanın sakinləri bu dildə danışmır, bu isə hökumətlə xalq arasında uçurumun genişlənməsinə səbəb olur.
Xarici siyasət
22 Avqust , 2024 11:02
Kayle Finis: Holland dili hökumətlə Boneyra xalqı arasında uçurumu genişləndirir

Boneyrada holland dili rəsmi dil olsa da, adanın sakinləri bu dildə danışmır, bu isə hökumətlə xalq arasında uçurumun genişlənməsinə səbəb olur.

“Report” xəbər verir ki, bunu “Dəyişiklik naminə hərəkat”ın həmtəsisçisi Kayle Aranksta Elizabet Finis “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda çıxışı zamanı deyib.

"Məktəblərdə holland dilinin əsas tədris dili olması anadan olandan bəri papiamento dilində danışan bir çox uşaqlarımız üçün maneələr yaradır. Özünüzü oxumaq istəyi ilə dolu, lakin bunu yad dildə etməyə məcbur olan kiçik bir uşaq kimi təsəvvür edin. Bu, təhsildə uçurum yaradır, nəticədə bir çox gənclərimiz özlərini məktəblərdə yad hiss edərək, hadisələrin inkişafı ilə çətinliklə ayaqlaşırlar”, - Kayle Aranksta bildirib.

Son xəbərlər

Orphus sistemi