Kaxa Kaladze: "Bakı gözəlliyi və mədəniyyətilə seçilir"
Xarici siyasət
- 13 iyul, 2021
- 14:17
“Əvvəllər nazir işləyəndə də Bakıya tez-tez gəlirdim. Bu şəhər memarlığı ilə ad çıxarıb”.
“Report” xəbər verir ki, bunu Bakıya səfərə gələn Tbilisi şəhərinin meri Kaxa Kaladze jurnalistlərlə görüşü zamanı bildirib.
Ölkəsində Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verildiyini deyən qonaq Bakıda onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, bu səfərin iki paytaxt şəhər arasında münasibətlərin daha da inkişafı üçün böyük rol oynayacağını bildirib.
Gürcüstan paytaxtının meri həmçinin Bakının gözəlliyinə valeh olduğunu deyərək şəhərdə görülən quruculuq və abadlıq işlərinə yüksək qiymət verib.
“Bakı çox təmiz şəhərdir. Bu şəhər gözəlliyi, mədəniyyəti, burada yaşayan insanları ilə seçilir” – deyə qonaq fikrini çatdırıb.
Son xəbərlər
11:26
Tyaqo Pitarç "Real"ın Çempionlar Liqası tarixində yeni rekord müəyyənləşdirib
Futbol11:25
ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirilib
Biznes11:25
Azərbaycanda elektron ticarətdə əsas dələduzluq riskləri açıqlanıb
Biznes11:23
Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq
Maliyyə11:22
AMB: Rəqəmsal maliyyənin inkişafı istehlakçıların qorunmasından asılıdır
Maliyyə11:16
İlham Əliyev: Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır
Daxili siyasət11:14
Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-ə yaxın artırıb
Biznes11:14
Vayra Vike-Freyberqa BMT TŞ-nin strukturunu tənqid edib
Digər ölkələr11:14