KAT Azərbaycan-Kanada diplomatik əlaqələrinin 30 illiyini qeyd edir

KAT Azərbaycan-Kanada diplomatik əlaqələrinin 30 illiyini qeyd edir Torontoda fəaliyyət göstərən Kanada Azərbaycanlıları Təşkilatı iki ölkəni diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib.
Xarici siyasət
11 Avqust , 2022 10:55
KAT Azərbaycan-Kanada diplomatik əlaqələrinin 30 illiyini qeyd edir

Torontoda fəaliyyət göstərən Kanada Azərbaycanlıları Təşkilatı (KAT) iki ölkəni diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib.

Bu barədə “Report” “Network of Azerbaijani Canadians” qeyri-hökumət təşkilatına istinadən xəbər verir.

“Kanada ilə Azərbaycan arasında diplomatik münasibətlərinin yaradılmasının 30-cu ildönümünü qeyd edirik. Bu münasibətlər Kanadanın müxtəlifliyi, firavanlığı və uğurunun ayrılmaz hissəsi olan fəal Azərbaycan icması daxil olmaqla, insanlar arasında səmimi əlaqələrə əsaslanır”, - təşkilat tviterdə yazıb.

Bildirilib ki, 30 il bundan əvvəl avqustun 10-dan, yəni Azərbaycan ilə Kanada arasında diplomatik münasibətlər qurulandan bəri iki ölkə arasında əlaqələr daha da dərinləşib və inkişaf edib: “İstər Kanada universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayının artması, istərsə də bu ölkədə keçirilən çoxsaylı mədəni tədbirlər əlaqələrimizin möhkəmləndiyini sübut edir”.

Son xəbərlər

Orphus sistemi