Kanadanın General-Qubernatoru Prezident İlham Əliyevi təbrik edib

Kanadanın General-Qubernatoru Prezident İlham Əliyevi təbrik edib Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Xarici siyasət
5 İyun , 2023 20:48
Kanadanın General-Qubernatoru Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev

Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Report” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və ölkənizin vətəndaşlarını bütün kanadalılar adından təbrik edirəm.

Kanada ötən il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyimiz Azərbaycanla əlaqələri möhkəmləndirməkdən məmnundur. Bizim tərəfdaşlığımız ortaq dəyərlərə, o cümlədən Cənubi Qafqazda uzunmüddətli sülhə və sabitliyə, eləcə də fəal Azərbaycan-Kanada icması tərəfindən qurulan xalqlararası əlaqələrə əsaslanır.

Müsbət ikitərəfli əlaqələrimiz qadınların səlahiyyətlərinin artırılması, qlobal təhlükəsizlik və ətraf mühitin mühafizəsi kimi mühüm məsələlərin həlli istiqamətində birgə səylərimizlə daha da möhkəmlənir. Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə, həmçinin vətəndaşlarımız üçün daha yaxşı gələcək naminə birgə səy göstərməyə hazırdır.

Bu bayram münasibətilə Sizə və Azərbaycan xalqına əmin-amanlıq, rifah arzulayıram”.

Son xəbərlər

Orphus sistemi