Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib Kanadanın hökumət başçısı hesab edir ki, Rusiyanın hazırkı kursu ciddi beynəlxalq böhranla nəticələnəcə bilər
Xarici siyasət
30 İyun , 2015 06:48
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Bakı. 30 İyun. REPORT.AZ/ Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib.

"Report"un İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, Kanadanın baş naziri Stiven Harper bildirib ki, rəsmi Moskvanın yürütdüyü siyasət beynəlxalq sabitlik anlayışı ilə ziddiyət təşkil edir.

Kanadanın hökumət başçısı hesab edir ki, Rusiyanın hazırkı kursu ciddi beynəlxalq böhranla nəticələnəcə bilər.

Qeyd edək ki, "genişləndirilmiş" sanksiyalar siyahısına 14 hüquqi və üş fiziki şəxsin adı daxil edilib.

Rusiya gənclər təşkilatlarının bir sıra lideri ilə yanaşı "Gazprom", "Gazpromneft", "Surqutnefteqaz" və "Transneft" kimi şirkətlərin Kanada ilə əlaqələri qadağan edilib. 

Son xəbərlər

Orphus sistemi