Yuxarı

​Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun təsis yığıncağı olub

Yığıncaq zamanı Dostluq Qrupunun tərkibi və məsul şəxsləri, o cümlədən sədr, sədr müavinləri, katib və direktorlar müəyyənləşib

Bakı. 11 mart. REPORT.AZ/ 2016-cı il martın 9-da 42-ci çağırış Kanada parlamentində Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun təsis yığıncağı keçirilib.

Azərbaycanın bu ölkədəki səfirliyindən "Report"a verilən məlumata görə, yığıncaq zamanı Dostluq Qrupunun tərkibi və məsul şəxsləri, o cümlədən sədr, sədr müavinləri, katib və direktorlar müəyyənləşib. Kanada Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Ceymi Şmeyl (Jamie Schmale) Dostluq Qrupunun sədri vəzifəsinə seçilib.

Bundan başqa, tədbir zamanı Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli çıxış edərək, Azərbaycanın Kanada ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib və iki ölkə arasında əlaqələrin tərəqqisi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin baş tutmasının vacibliyini vurğulayıb. Eyni zamanda parlamentlərarası əməkdaşlığın iki ölkə arasındakı əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığı da qeyd edilib və millət vəkillərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdiriləcəyinə əminlik ifadə olunub. Bundan başqa, Kanada şirkətlərinin Azərbaycandakı fəaliyyəti və ölkəmizdə əldə etdiyi müqavilələr barədə iştitrakçılara məlumat verilib.

Dostluq Qrupunun sədri Ceymi Şmeyl isə öz çıxışında Kanadanın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırılıb.

Müzakirələr zamanı Ermənistan-Azərbaycan münaqişəsi, regiondakı geosiyasi vəziyyət, enerji layihələri, Azərbaycanın digər ölkələrlə əlaqələri və qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlərə toxunulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi