Kaliforniyanın bəzi şəhərlərində 28 may "Azərbaycan Milli Günü" elan edilib

Kaliforniyanın bəzi şəhərlərində 28 may "Azərbaycan Milli Günü" elan edilib Bununla bağlı müvafiq bəyannamələr baş konsulluğuna təqdim olunub
Xarici siyasət
27 May , 2016 10:30
Kaliforniyanın bəzi şəhərlərində 28 may Azərbaycan Milli Günü elan edilib

Bakı. 27 may. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının bəzi vilayət və şəhərlərində 28 may "Azərbaycan Milli Günü" elan edilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, bununla bağlı müvafiq bəyannamələr baş konsulluğa təqdim olunub.

Baş konsulluqdan bildirilib ki, Qərbi Hollivud, Santa Monika və Torrens şəhərləri müvafiq sənədlər qəbul edərək, sözügedən şəhərlərdə 28 may "Azərbaycan Milli Günü" elan edilib. Həmçinin, Orinc Vilayəti Nəzarətçilər Şurası da 28 mayı vilayət ərazisində "Azərbaycan Milli Günü" elan edərək, bütün sakinləri bu günü qeyd etməyə çağırıb.

Sənədlərdə qeyd edilib ki, Azərbaycan xalqı 1918-ci ilin 28 mayında öz müstəqilliyini elan edərək, müsəlman dünyasında ilk demokratik və dünyəvi respublikanı təsis edib, qadınlara nəinki müsəlman dünyasında, eləcə də ABŞ-dan öncə səsvermə hüquq verib.

Həmçinin, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın öz müstəqilliyini və suverenliyini möhkəmləndirdiyi vurğulanaraq, hər il ABŞ da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının 28 mayı Milli Gün olaraq qeyd etdiyi bildirilib. Bəyannamələrdə, eyni zamanda, önəmli Xəzər bölgəsində yerləşən Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi