İvan Muşket: “Heydər Əliyev mədəni əməkdaşlığa xüsusi diqqət ayırırdı”

İvan Muşket: “Heydər Əliyev mədəni əməkdaşlığa xüsusi diqqət ayırırdı” “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) arasında mədəni əməkdaşlığa xüsusi diqqət ayırırdı”.
Xarici siyasət
1 İyun , 2023 12:22
İvan Muşket: “Heydər Əliyev mədəni əməkdaşlığa xüsusi diqqət ayırırdı”

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) arasında mədəni əməkdaşlığa xüsusi diqqət ayırırdı”.

"Report" xəbər verir ki, bunu MDB PA Şurası Katibliyinin rəhbərinin müavini İvan Muşket Bakıda keçirilən “Heydər Əliyev - müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Heydər Əliyev irsi bu gün də MDB ölkələri arasında əməkdaşlıqda öz əksini tapır.

"Azərbaycan torpağı istedadlı insanlarla zəngindir. Onların arasında müasir Azərbaycanın memarı olan Heydər Əliyev xüsusi yer tutur", - o deyib.

Son xəbərlər

Orphus sistemi