"Azərbaycanla Slovakiya arasında yüksək səviyyəli siyasi dialoq qurulub, böyük potensiala malik iqtisadi əməkdaşlıq isə daha da genişləndirilməlidir".
“Report” xəbər verir ki, bunu Slovakiya xarici işlər naziri İvan Korçok həmkarı Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Avropa İttifaqı çərçivəsində birgə əməkdaşlığımız da mühüm amildir. Belə ki, Azərbaycanla Aİ arasında tezliklə yeni əhatəli saziş imzalanacağına ümidvarıq”, - deyə slovakiyalı nazir əlavə edib.
O, Aİ-nin enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolunu vurğulayaraq TAP layihəsinin tikintisinin başa çatdırılmasını alqışladığını qeyd edib.
İ.Korçak Bakıda həmçinin prezident İlham Əliyevlə “çox səmərəli” görüş keçirdiklərini, görüş zamanı Qarabağdakı vəziyyətin də müzakirə olunduğunu diqqətə çatdırıb.