Yuxarı
    Bağlamaq

    IV Qlobal Bakı Forumu başa çatıb

    Forum böyük marağa səbəb olub və uğurla keçirilib

    Bakı. 11 mart. REPORT.AZ/ Martın 10-da başlanan “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb.

    “Report"un məlumatına görə, Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentləri iştirak ediblər. Bundan başqa, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib.

    Plenar sessiyada və panel iclaslarda dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

    Forum böyük marağa səbəb olub və uğurla keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi