İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya və Azərbaycanın Dövlət Komissiyası arasında protokol imzalanıb

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya və Azərbaycanın Dövlət Komissiyası arasında protokol imzalanıb İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında əməkdaşlığa dair niyyət protokolu imzalanacaq.
Xarici siyasət
4 Aprel , 2022 16:15
İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya və Azərbaycanın Dövlət Komissiyası arasında protokol imzalanıb

“Azərbaycan Prezidentinin tapşırığına əsasən, I Qarabağ müharibəsində itkin düşən şəxslərin ekshumasiyası ilə bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısına vəzifə qoyulub”.

“Report”un xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın arasında niyyət protokolu imzalanıb.

15:43

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında əməkdaşlığa dair niyyət protokolu imzalanacaq.

"Report"un xəbərinə görə, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bomberger Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

O bildirib ki, sənəd imzalandıqdan sonra praktiki işə başlanılacaq.

Son xəbərlər

Orphus sistemi