İtaliyanın SWG SPA şirkətinin seçkiöncəsi sorğusu: 81% respondent Azərbaycanda işlərin düzgün istiqamətdə irəlilədiyini bildirib

İtaliyanın SWG SPA şirkətinin seçkiöncəsi sorğusu: 81% respondent Azərbaycanda işlərin düzgün istiqamətdə irəlilədiyini bildirib Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində exit-poll keçirmək üçün Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın SWG SPA şirkəti 15 iyul - 15 avqust tarixlərində seçkiöncəsi bağlı yerli respondentlər arasında sorğu keçirib.
Xarici siyasət
22 avqust 2024 07:44
İtaliyanın SWG SPA şirkətinin seçkiöncəsi sorğusu: 81% respondent Azərbaycanda işlərin düzgün istiqamətdə irəlilədiyini bildirib

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində exit-poll keçirmək üçün Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın SWG SPA şirkəti 15 iyul - 15 avqust tarixlərində seçkiöncəsi vəziyyətlə bağlı yerli respondentlər arasında sorğu keçirib.

“Report” xəbər verir ki, sorğu 119 seçki dairəsinin 952 məntəqəsində aparılıb.

SWG SPA şirkətinin nümayəndəsi Solene Le Moing bildirib ki, şirkətin mütəxəssisləri tərəfindən hazırlanmış sorğu “face-to-face” (üzbəüz) üsulu ilə aparılıb.

"Bu sorğu digər Avropa ölkələrində keçirilən sorğu metodologiyası əsasında keçirilib. Seçilən əhali nümunəsi Azərbaycanda seçkidə qeydə alınmış insanlar arasında keçirilib. Bütün rayonları və kəndləri əhatə edən sorğuda üç dəfə yenilənmiş məlumat təqdim olunub və şəffaflığı və prosesin düzgünlüyünü yoxlamaq üçün dörd dəfə ara verilib", - şirkətin nümayəndəsi qeyd edib.

Avqustun 2-7 arasında reallaşan sorğunun nəticələrinə əsasən, respondentlərin 67% sosial iqtisadi vəziyyətin sabit olduğunu bildirib:

“81% respondent Azərbaycanda işlərin düzgün istiqamətdə irəlilədiyini bildirib”.

Sorğunun nəticələrinə əsasən, məşğulluq sahəsində 78% əhali məmnundur, 30% faiz nisbətən razıdır, 10% razı deyil, 12 faiz bilmirəm cavabını verib.

Ölkədə baş verən korrupsiya hallarının qarşısının alınması prosesindən 71% məmnundur, 41 % çox razıdır, 30% nisbətən razı, 18% narazı, 11% insan isə bilmirəm deyib.

Təhsilin vəziyyətindən 65% insan razıdır, 57% çox razıdır, 27% nisbətən razı deyil, 4% çox narazıdır, 4% isə bilmirəm deyib.

Azərbaycanda ən önəmli mövzular barədə isə respondentlərin 40% iqtisadiyyat, 24% təhsil, 13% Ermənistan ilə sülh mövzusu, 7% ətraf mühit, 6% vergi məsələləri, 5% milli təhlükəsizlik, 4% insan hüquqları, 1% isə bilmirəm cavabı verib.

Orphus sistemi