İtaliya dövlət katibi: "Avropa Şurası Azərbaycanla Ermənistana sülh üçün lazımi dəstəyi göstərməyə hazırdır"

İtaliya dövlət katibi: "Avropa Şurası Azərbaycanla Ermənistana sülh üçün lazımi dəstəyi göstərməyə hazırdır" “Avropa Şurası Azərbaycan və Ermənistan arasında sülhün yaranması üçün tərəflərə lazımi dəstəyi göstərməyə hazırdır”.
Xarici siyasət
25 Yanvar , 2022 22:29
İtaliya dövlət katibi: Avropa Şurası Azərbaycanla Ermənistana sülh üçün lazımi dəstəyi göstərməyə hazırdır
Benedetto Della Vedova

“Avropa Şurası Azərbaycan və Ermənistan arasında sülhün yaranması üçün tərəflərə lazımi dəstəyi göstərməyə hazırdır”.

"Report"un Fransa bürosu xəbər verir ki, bunu İtaliyanın Xarici İşlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Benedetto Della Vedova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında bildirib.

“2020-ci ildə atəşkəs əldə olunub. Tərəflər bu atəşkəsi poza biləcək addımlardan qəti şəkildə çəkinməlidirlər. Avropa Şurası da öz növbəsində tərəflərə sülhün yaranmasına yardım edəcək məsələlərdə dəstək verməyə hazırdır”, - dövlət katibi deyib.

Xatırladaq ki, İtaliya 18 noyabr 2021-ci ildən Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edir.

Son xəbərlər

Orphus sistemi