İsveçdə Azərbaycan əleyhinə aksiya keçirən erməni radikalların səsləri batırılıb
İsveçdə Azərbaycan əleyhinə aksiya keçirən erməni radikalların səsləri batırılıbİsveçdə yaşayan bir qrup radikal erməninin Azərbaycanın bu ölkədəki səfirliyi qarşısında Ermənistanın hərbi təxribatlarına və qarayaxma kampaniyasına dəstək aksiyası dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyovun səsucaldan vasitəsilə səsləndirilən musiqis
İsveçdə yaşayan bir qrup radikal erməninin Azərbaycanın bu ölkədəki səfirliyi qarşısında Ermənistanın hərbi təxribatlarına və qarayaxma kampaniyasına dəstək aksiyası dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyovun səsucaldan vasitəsilə səsləndirilən musiqisi ilə qarşılanıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Norveçdəki səfiri Zaur Əhmədov tviter hesabında məlumat verib.
Ölkəmiz əleyhinə təxribatçı çıxışlar edən radikalların səsləri batırılıb. Bununla da ermənilərin aksiyası uğursuz başa çatıb.
Qeyd edək ki, İsveç polisi Azərbaycan səfirliyini radikal erməni nümayişçilərinin mümkün zorakılığından qorumaq üçün qabaqlayıcı tədbirlər görüb, onların diplomatik nümayəndəliyin binasına mümkün təxribatının qarşısı alınıb.
Xatırladaq ki, Fransada erməni vandalları sentyabrın 18-də Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.
Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar.
Radical Armenians demonstrating in front of the Embassy of Azerbaijan in support of Armenian military provocations and smear campaign organised by @RSF_RUG@ErikHalkjaer@blanksp_t against Azerbaijan have been met by great Uzeyir Hajibeyov’s music embodying our invincible spirit pic.twitter.com/1OYiFhFWY3