İsveç Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır

İsveç Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan- Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib.
Xarici siyasət
13 Sentyabr , 2022 16:16
İsveç Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır
Ann Linde

İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan- Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib.

"Report" xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

"Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır. Davamlı sülhə gedən yeganə yol dialoqdan keçir", - o yazıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Son xəbərlər

Orphus sistemi