İsraildə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

İsraildə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib Azərbaycanın İsraildəki səfirliyi 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib.
Xarici siyasət
29 May , 2024 16:55
İsraildə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın İsraildəki səfirliyi 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib.

Səfirlikdən "Report"a verilən məlumata görə, Təl-Əviv şəhərində keçirilən tədbirdə İsraildəki Azərbaycan diaspor nümayəndələri iştirak ediblər.

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov tədbiri giriş sözü ilə açaraq 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dönəmində həmin dövr üçün misilsiz hesab edilən nailiyyətlər və ölkəmizdə mövcud olan multikultural mühit haqqında danışmış, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda bu günə kimi ölkə rəhbərliyi tərəfindən görülən işlər, ölkənin hər bir nöqtəsində Azərbaycan bayrağının dalğalanması üçün canını fəda etmiş şəhidlər və hazırda Prezident İlham Əliyev tərəfindən siyasi, iqtisadi, hərbi, sosial və humanitar sahələrdə həyata keçirilən uzaqgörən siyasət haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirdə İsraildə fəaliyyət göstərən “Sevgi” musiqi ansamblı və Qüds Lirik Operasının solisti Kameliya Yoffenin ifasında Azərbaycan klassik əsərləri və xalq mahnılarından ibarət konsert proqramı təşkil olunub, Azərbaycan Dövlət Televiziyası və Bakı Media Mərkəzinin istehsalı olan Azərbaycana həsr olunmuş video çarxlar nümayiş olunub.

Tədbir iştirakçıları üçün həmçinin xüsusi yarışma da təşkil edilib və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi ilə qaliblərə 2 ədəd Təl-Əviv – Bakı istiqamətində uçuş bileti hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi