İsrail səfirliyi Azərbaycana başsağlığı verib
- 09 yanvar, 2024
- 10:36
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrailin Azərbaycandakı səfirliyi Azərbaycana başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi. Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!",-bildirilib.
Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.
Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi. Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin ️ https://t.co/OevC4HgIiL
— Israel in Azerbaijan (@IsraelinAZ) January 9, 2024