İsrail səfirliyi Azərbaycan xalqını təbrik edib

Xarici siyasət
  • 31 dekabr, 2023
  • 22:11
İsrail səfirliyi Azərbaycan xalqını təbrik edib

İsrailin ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə səfirliyin X sosial şəbəkəsindəki hesabında paylaşım olunub.

“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi təbrik edirik! Qoy bu yeni il hər birimiz üçün firavanlıq, əmin-amanlıq və sülh gətirsin! Bayramınız mübarək!”, - paylaşımda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti