Səfir: Azərbaycanlıların Xocalı faciəsi ilə bağlı acıları israillilərin qəlbində əks-səda verir
Səfir: Azərbaycanlıların Xocalı faciəsi ilə bağlı acıları israillilərin qəlbində əks-səda verirAzərbaycanlıların Xocalı faciəsi ilə bağlı ağrı-acıları israillilərin qəlbində əks-səda verir.
Azərbaycanlıların Xocalı faciəsi ilə bağlı ağrı-acıları israillilərin qəlbində əks-səda verir.
“Report” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Bu gün biz 1992-ci ildə Xocalıda qətlə yetirilən qurbanların xatirəsini yad edirik. İsrail adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Biz azərbaycanlı dostlarımızın acısını bölüşürük. Öz evlərində vəhşicəsinə qətlə yetirilən uşaqların, qadınların və qocaların da daxil olduğu günahsız həyatların şahidi olmağın dəhşətini birbaşa başa düşürük. İstər 1992-ci ilin fevralında, istərsə də 2023-cü ilin oktyabrında bu cür vəhşiliklər bizi ədalətsizlik və nifrətlə mübarizəni davam etdirməyə və ortaq insanlığı qorumağa məcbur edir”, - paylaşımda qeyd edilib.
Today we remember the victims who were murdered in Khojaly in 1992. On behalf of Israel, my heartfelt condolences extend to the people of Azerbaijan.
The pain of our Azerbaijani friends resonates deeply with us. We understand firsthand the horror of witnessing innocent lives,… pic.twitter.com/flSTjQoYaQ