İsrail səfiri: “BMT-də Holokostla bağlı qətnamənin qəbulunda verdiyi dəstəyə görə Azərbaycana minnətdarıq”

İsrail səfiri: “BMT-də Holokostla bağlı qətnamənin qəbulunda verdiyi dəstəyə görə Azərbaycana minnətdarıq” "İsrail yanvarın 20-də BMT-nin Baş Assambleyasında qəbul olunmuş Holokostun inkarı ilə bağlı qətnaməni dəstəklədiyinə görə Azərbaycana minnətdardır”.
Xarici siyasət
119
27 Yanvar , 2022 12:02
İsrail səfiri: “BMT-də Holokostla bağlı qətnamənin qəbulunda verdiyi dəstəyə görə Azərbaycana minnətdarıq”
Corc Dik

"İsrail yanvarın 20-də BMT-nin Baş Assambleyasında qəbul olunmuş Holokostun inkarı ilə bağlı qətnaməni dəstəklədiyinə görə Azərbaycana minnətdardır”.

“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik ADA Universitetində Holokost Qurbanlarının Anım Günü və antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə ilə əlaqədar keçirilən tədbirdə bildirib.

O, bu qətnaməni qəbul etməyən yeganə ölkənin İran olduğunu deyib.

Səfirin sözlərinə görə, uşaq olarkən bütün ailəsi Holokost zamanı qətlə yetirilmiş bir şəxslə görüşüb: “Həmişə bu insanların baş verən hadisələrdən sonra necə yaşadıqları barədə düşünmüşəm. Sağ qalmış insanların çoxu indi həyatda olmasalar da, onların tarixçəsi daim yaşayacaq”.

Diplomat vurğulayıb ki, bu gün həm də Holokostla mübarizə aparmış bütün şəxslərə, o cümlədən azərbaycanlılara həsr olunur. 

Xatırladaq ki, BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi