İraq XİN başçısı: “Qoşulmama Hərəkatının prinsiplərini dəstəkləyirik”

İraq XİN başçısı: “Qoşulmama Hərəkatının prinsiplərini dəstəkləyirik” “İraq Qoşulmama Hərəkatının prinsiplərini, eləcə də gələcək planlarını dəstəkləyir”.
Xarici siyasət
5 İyul , 2023 12:49
İraq XİN başçısı: “Qoşulmama Hərəkatının prinsiplərini dəstəkləyirik”

“İraq Qoşulmama Hərəkatının prinsiplərini, eləcə də gələcək planlarını dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında İraqın xarici işlər naziri, Baş nazirin müavini Fuad Hüsseyn deyib.

“Qoşulmama Hərəkatı təşkilatı sülh, sabitlik və təhlükəsizliyi təmin etməklə müxtəlif çətinliklərin öhdəsindən gəldiyini sübut edib”, - o vurğulayıb.

F.Hüsseyn müasir dünyanın üzləşdiyi çağırışlar qarşısında birləşməyin zəruri olduğunu qeyd edib.

XİN rəhbəri əlavə edib ki, Ukrayna müharibəsi dünyada ərzaq, enerji təhlükəsizliyinə zərbə vurub və bu, aclığa səbəb ola bilər.

Nazir İraqın ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində atdığı addımlardan danışıb.

F.Hüsseyn İsveçdə Qurani-Kərimin yandırılmasını qətiyyətlə pisləyib və bütün ölkələri islamofobiya ilə mübarizəyə çağırıb.

Son xəbərlər

Orphus sistemi