İranın xarici işlər nazirinin Azərbaycana səfəri başladı

İranın xarici işlər nazirinin Azərbaycana səfəri başladı İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başlayıb
Xarici siyasət
24 May , 2021 21:57
İranın xarici işlər nazirinin Azərbaycana səfəri başladı
Məhəmməd Cavad Zərif
0 : 00
0 : 00

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başlayıb.

Bu barədə “Report”a İranın Azərbaycandakı Səfirliyindən bildirilib.

Səfər İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur. İranın xarici siyasət idarəsinin rəhbəri Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək, fikir mübadiləsi aparmaqdır.

Son xəbərlər

Orphus sistemi