İranın vitse-prezidenti Azərbaycanla münasibətlərdən danışdı

İranın vitse-prezidenti Azərbaycanla münasibətlərdən danışdı İran qonşularla münasibətləri inkişaf etdirmək üçün təyin olunmuş siyasət və doktrina əsasında hərəkət edir ki, bu əlaqələr gündən-günə arzu olunan şəkildə inkişaf etsin.
Xarici siyasət
18 Avqust , 2020 11:18
İranın vitse-prezidenti Azərbaycanla münasibətlərdən danışdı
Məhəmməd Bağır Nobəxt

"İran qonşularla münasibətləri inkişaf etdirmək üçün təyin olunmuş siyasət və doktrina əsasında hərəkət edir ki, bu əlaqələr gündən-günə arzu olunan şəkildə inkişaf etsin".

"Report"un xəbərinə görə, bunu İranın vitse-prezidenti və Proqram və Büdcə Təşkilatının rəhbəri Məhəmməd Bağır Nobəxt Ərdəbilə səfəri zamanı jurnalistlərlə müsahibəsində bildirib. 

"Azərbaycan Respublikası İranla ən arzuolunan münasibətlərə malik olan qonşu ölkələrdən biridir. Bu əlaqələrin daha güclü və dərin olması üçün səylər göstərilir ki, iki dost və qonşu ölkə bir-birinin yanında ortaq hədəflərə doğru irəliləsinlər. İki dost və qardaş ölkə olan İran və Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək üçün hər zaman bir-birinin yanında olmuş və hal hazırda da bu münasibətlərin möhkəmləndirilməsi üçün birgə addımlar atılır. Ümid edirik ki, bu səylərin bəhrəsini görəcəyik",- o deyib.  

O qeyd edib ki, Azərbaycan Respublikası ilə qonşu bir əyalət olaraq Ərdəbil əyalətində sənaye şəhərciyinin yaradılması, dəmiryolu xəttinin birləşdirilməsi, habelə yük terminalının inşası kimi ortaq sərhəd layihələri davam edir:

"Onların istismarı ilə bu əlaqələrin güclənməsinə kömək edəcəyimizə ümid edirik. Bu birgə layihələrin inşası hökumətin qonşu ölkələrlə münasibətləri möhkəmləndirmək öhdəliyinin bir hissəsidir. Ümid edirik ki, növbəti illərdə bu münasibətlər hər iki ölkənin daha da çiçəklənməsinə səbəb olacaq. Bəzi anlaşılmazlıqlara baxmayaraq münasibətlərin möhkəmləndirilməsi dostcasına aparılmalıdır".

Son xəbərlər

Orphus sistemi