İranda itkin düşmüş Fərid Səfərli fars dilini öyrənirmiş

İranda itkin düşmüş Fərid Səfərli fars dilini öyrənirmiş İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli fars dilini öyrənirmiş.
Xarici siyasət
10 Mart , 2023 11:36
İranda itkin düşmüş Fərid Səfərli fars dilini öyrənirmiş
Fərid Səfərli

İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli fars dilini öyrənirmiş.

Bu barədə "Report"a onun anası Dilarə Əskərova bildirib.

Onun sözlərinə görə, Fəridin sevdiyi xanım milliyyətcə fars olduğu və onunla daha yaxşı ünsiyyət qura bilmək üçün fars dilini öyrənməyə başlayıb:

"Fərid utancaq uşaq olduğu üçün sevdiyi qız və onun milliyyəti ilə bağlı məsələləri ailəsi ilə bölüşməyib. O, bu barədə dostları ilə danışırdı. Məsələ barədə biz də Fəridin dostlarından məlumat almışıq".

Dünən də Azərbaycanın Almaniyadakı səfirliyi ilə danışdığını deyən D.Əskərova bildirib ki, Fəridlə bağlı hansısa yeni bir məlumat yoxdur.

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb. Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.

Son xəbərlər

Orphus sistemi