İrakli Qaribaşvili Azərbaycan Prezidentinə zəng edib
Xarici siyasət
- 24 dekabr, 2021
- 12:09
Dekabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verib.
İrakli Qaribaşvili Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Gürcüstanın Baş nazirinə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Son xəbərlər
02:50
Ostan Qulsbi: İrana qarşı müharibə Amerika iqtisadiyyatı üçün inflyasiya şokuna çevrilir
Digər ölkələr02:31
İran Hörmüz boğazındakı gəmilərin kapitanlarına müraciət edib
Region02:14
Almaniya Aİ-də islahatlar üçün altı maddəlik plan hazırlayıb
Digər ölkələr01:46
Göyərtəsində hantavirus yayılan gəmi Kanar adalarına doğru yola düşüb
Digər ölkələr01:15
İran Yaxın Şərqdə ABŞ-nin təxminən 230 hərbi obyektinə və texnikasına zərbə endirib
Digər ölkələr00:59
UEFA Çempionlar Liqası: "Arsenal" finalda PSJ ilə qarşılaşacaq
Futbol00:39
Makron tərəfləri Hörmüz boğazından təhlükəsiz naviqasiyanı təmin etməyə çağırıb
Digər ölkələr00:07
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
Digər ölkələr23:55