İndoneziya Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirmək əzmindədir

İndoneziya Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirmək əzmindədir İndoneziya ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün hər hansı əngəl yoxdur.
Xarici siyasət
323
19 Avqust , 2020 14:36
İndoneziya Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirmək əzmindədir

"İndoneziya ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün hər hansı əngəl yoxdur.

“Report” xəbər verir ki, bu barədə İndoneziyanın müstəqillik qazanmasının 75-ci ildönümünə həsr olunmuş tədbirdəki çıxışı zamanı bu ölkənin Azərbaycandakı müvəqqəti işlər vəkili İnqam Malem bildirib.

Diplomatın dediyinə görə iki ölkənin münasibətlərində iqtisadi, ticarət, sosial, mədəni sahələrdəki əməkdaşlıq əlaqələrinin inkişafına daha çox əhəmiyyət verilir.

“İndiki daha çox iqtisadiyyat və təhlükəsizlik baxımdan çətin vaxtlarda iki ölkənin birgə səylərlə mövcud problemləri dəf edəcəyinə ümidvarıq. Böyüməyə və inklüziv inkişafa nail olmaq üçün bir-birinə möhtac olan İndoneziya ilə Azərbaycanın daha yaxın tərəfdaş olmalarını istərdik. Qarşılıqlı əməkdaşlıq əlaqələrinin hər iki ölkəyə böyük faydalar gətirəcəyindən şübhəmiz yoxdur”, – indoneziyalı diplomat deyib.

Son xəbərlər

Orphus sistemi