Yuxarı

INDEX-Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin Kayseri şəhər koordinatorluğunun təşkilatçılığı ilə tədbir keçirilib

Tədbirə Kayseri şəhər rəsmiləri, TBMM millət vəkilləri və çoxsaylı azərbaycanlı tələbələr qatılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ INDEX-Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin Kayseri şəhər koordinatorluğunun təşkilatçılığı ilə bu şəhərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə “Report”a təşkilatdan məlumat verilib.

Tədbirə Kayseri şəhər rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkilləri, elm, təhsil, mədəniyyət xadimləri və çoxsaylı azərbaycanlı tələbələr qatılıb.

Tədbirdə açılış nitqi ilə INDEX-in Kayseri şəhər təmsilçisi Nəcəf Qənbərov 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün önəmindən bəhs edib və bu günün Azərbaycan xalqının tarixində çox əlamətdar bir gün olduğunu deyib. Çıxışının davamında INDEX-in fəaliyyətindən bəhs edən Nəcəf Qənbərov məqsədlərinin Azərbaycanın insan kapitalı inkişafına az da olsa töhfə vermək olduğunu vurğulayıb.

Çıxış edən Kayseri Şəhər Mədəniyyət və Turizm müdiri İsmet Taymuş, Kayseri Vali Köməkçisi Erdoğan Aygenç, Erciyes Universiteti Türk bölümü dekanı, professor, doktor Mustafa Argunşah ,TBMM millət vəkilləri də öz növbəsində Türk-Azərbaycan dostluğuna toxunaraq Dünya Azərbaycanlılarını həmrəylik bayramı münasibəti ilə təbrik edib və belə tədbirlərin təşkil olunmasına görə INDEX-ə minnətdarlıqlarını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi