İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Xarici siyasət
7839
16 Yanvar , 2021 18:50
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Yanvarın 16–da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

"Report" xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb. Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb.

17:20

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

R.T.Ərdoğan Azərbaycanın haqlı davasında böyük mübarizə ilə əldə etdiyi Qarabağ zəfərinin bölgədə sülh və sabitlik üçün yeni imkanlar yaratdığını deyib. O, yeni dönəmdə Türkiyənin Azərbaycana bütün sahələrdə töhfə və dəstək verəcəyini vurğulayıb.

Türkiyə Prezidenti Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bərpa və yenidənqurma işlərinin başlamasından məmnunluq hissi duyduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi