Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.
Xarici siyasət
284
27 Noyabr , 2021 16:38
Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi