İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib

İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti xanım Katerina Sakellaropuluya təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
24 Mart , 2022 13:24
İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib
İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu göndərib.

"Report"un xəbərinə görə, təbrikdə deyilir:

"Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

Ümidvaram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi