İlham Əliyev: Yeni katolik kilsənin tikintisi Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrin yaxşı rəmzi olacaq

İlham Əliyev: Yeni katolik kilsənin tikintisi Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrin yaxşı rəmzi olacaq Bakıda yeni katolik kilsənin tikintisi Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrin yaxşı rəmzi olacaq.
Xarici siyasət
16 Dekabr , 2024 15:15
İlham Əliyev: Yeni katolik kilsənin tikintisi Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrin yaxşı rəmzi olacaq

Bakıda yeni katolik kilsənin tikintisi Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrin yaxşı rəmzi olacaq.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edərkən deyib.

Dövlət başçısı Azərbaycanın multikulturalizm ənənələrini, ölkədə müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin daim sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşadığını vurğuladı.

Prezident İlham Əliyev bunu dövlət siyasəti ilə xalqın ənənəvi yaşayış tərzinin vəhdəti olduğunu dedi.

Dövlət başçısı qeyd etdi ki, müxtəlif millətlərin, dinlərin nümayəndələrinin ölkəmizdə sülh, dostluq və mehriban şəraitdə yaşaması Azərbaycana əlavə güc verir, sabitliyin və cəmiyyətdə ahəngdarlığın təmin olunmasına xidmət edir.

Azərbaycanın, həmçinin beynəlxalq səviyyədə dinlər və mədəniyyətlər arası dialoq prosesinə və bu sahədə əməkdaşlığa böyük töhfə verdiyini deyən Prezident İlham Əliyev ölkədə mütəmadi olaraq mədəniyyətlər və konfessiyalar arası dialoqa həsr edilən beynəlxalq tədbirlərin keçirildiyini məmnunluqla xatırladı.

Son xəbərlər

Orphus sistemi