Azərbaycan Prezidenti: Xaos və anarxiya mühitinin yaranması beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır

Azərbaycan Prezidenti: Xaos və anarxiya mühitinin yaranması beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır Müasir dövrdə qlobal kataklizmlər beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrilib.
Xarici siyasət
15 İyun , 2024 09:37
Azərbaycan Prezidenti: Xaos və anarxiya mühitinin yaranması beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır
İlham Əliyev

Müasir dövrdə qlobal kataklizmlər beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrilib.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı qeyd edib ki, xarici güc mərkəzlərinin təsiri və müdaxiləsi ilə dünyanın müxtəlif regionlarında çoxsaylı qarşıdurmaların – etnik və dini zəmində münaqişələrin, siyasi konfrontasiyaların baş verməsi, xaos və anarxiya mühitinin yaranması ayrı-ayrı dövlətlərə və bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır:

“Beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir”.

Son xəbərlər

Orphus sistemi