İlham Əliyev Türkiyəyə yardım məsələlərinin bir mərkəzdən idarə olunması ilə bağlı PA rəhbərinə tapşırıq verib

Xarici siyasət
  • 08 fevral, 2023
  • 12:07
İlham Əliyev Türkiyəyə yardım məsələlərinin bir mərkəzdən idarə olunması ilə bağlı PA rəhbərinə tapşırıq verib
İlham Əliyev

"Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olarkən deyib.

"O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq", - Prezident qeyd edib.

44 filmi