İlham Əliyev Küveyt əmirinə başsağlığı verib

İlham Əliyev Küveyt əmirinə başsağlığı verib Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha başsağlığı məktubu göndərib.
Xarici siyasət
4621
30 Sentyabr , 2020 19:19
İlham Əliyev Küveyt əmirinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha başsağlığı məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Əlahəzrət,

Böyük qardaşınız – Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Küveyt xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

Son xəbərlər

Orphus sistemi